Skip to content Skip to footer

Məxfilik siyasəti

Bu sənəddə – Məxfilik Siyasətində istifadəçilərin saytımızla, Mobil Tətbiqlərimiz və digər xidmətlərimizlə (bunların hamısını birlikdə Servis adlandıracağıq) qarşılıqlı əlaqələri zamanı əldə etdiyimiz şəxsi məlumatları necə emal etdiyimiz təsvir edilir. Zəhmət olmasa, Servis Təklifində KONTAKTPLUS dan tam istifadə şərtləri ilə tanış olun.

Biz vaxtaşırı bu Məxfilik Siyasətinə dəyişiklik etmək hüququnu özümüzdə saxlayırıq. Bu sənədə dəyişiklik edilsə, yenilənmiş versiya dərhal saytda və Servisin Mobil Tətbiqlərində dərc ediləcək, ciddi dəyişikliklər olduğu təqdirdə istifadəçilərə elektron poçt və ya digər vasitə ilə bildiriş göndəriləcək.

Hansı məlumatları yığırıq?

İstifadəçilər məhz hansı məlumatları bizə verə biləcəklərini seçə bilərlər, amma istifadəçinin Servisin hansı hissəsi: sayt, tətbiq, Dəstək Xidməti və ya digərləri ilə qarşılıqlı əlaqədə olmasından asılı olaraq, tələb etdiyimiz bütün məlumatlar xidmət göstərilməsi üçün bu və ya digər şəkildə lazımdır. Biz bu məlumatlardan aşağıda təsvir edilmiş məqsədlərlə istifadə edirik. Yığdığımız məlumat növlərinə aşağıdakılar daxildir:

  • Hesab yaratmaq üçün məlumatlar: ad, elektron poçt ünvanı, telefon nömrəsi və ödəniş üsulu haqqında məlumatlar, məsələn, kredit kartı məlumatları.
  •  İstifadəçilərin qeydiyyatı və ya servisdən istifadəsi zamanı biz onların yeri haqqında məlumatları emal edirik. Məsələn, istifadəçiyə ən yaxın KONTAKTPLUS skuterlərini göstərmək üçün istifadəçinin cihazının hazırda məhz harada olduğu haqqında məlumatı yığmaq, qeyd etmək və emal etmək lazımdır. Səfər zamanı biz istifadəçinin olduğu yeri, hərəkət marşrutunu və səfər haqqında digər məlumatları izləyirik. KONTAKTPLUS, skuterlərini göstərmək üçün istifadəçinin cihazının hazırda məhz harada olduğu haqqında məlumatı yığmaq, qeyd etmək və emal etmək lazımdır. Səfər zamanı biz istifadəçinin olduğu yeri, hərəkət marşrutunu və səfər haqqında digər məlumatları izləyirik.
  •  Dəstək və ya Əlaqə Xidmətinə istənilən digər vasitə ilə müraciət etdikdə biz suala cavab vermək və ya kömək etmək üçün əlaqə məlumatları və ya digər məlumatlar istəyirik. Biz Dəstək Xidməti ilə ünsiyyət tarixini və bu ünsiyyət zamanı verilən məlumatları saxlayırıq, eyni zamanda, telefon zənglərini qeydə alırıq.
  •  Biz qeydiyyat və ya xidmətlərdən istifadə zamanı istifadəçilərin brauzeri, kompüteri və ya mobil cihazı haqqında texniki məlumatları, məsələn, cihazın İP ünvanı haqqında məlumatları yığırıq. Xidmət göstərmək üçün cookie fayllarından və bənzər texnologiyalardan istifadə edirik. Bu, məsələn, smartfondakı tətbiqin parametrləri yadda saxlaması, bizim isə konkret istifadəçi üçün hansısa məlumatı təhlil etməyimiz və ya servisi tənzimləməyimiz üçün lazımdır.
  •  Biz bəzi məlumatları kənar servislərdən, çox vaxt marketinq və reklam alətlərindən istifadə zamanı əldə edirik.

Məlumatlardan necə istifadə edirik?

Biz istifadəçilərin məlumatlarından, o cümlədən istifadəçinin yeri haqqında məlumatdan Təklifin icrası məqsədilə, müstəsna olaraq aşağıdakılar üçün istifadə edirik:

  •  istifadəçinin sorğusu əsasında xidmət göstərmək, o cümlədən hesabı və səfərlər tarixini idarə etmək üçün;
  •  KONTAKTPLUS skuterlərinə nəzarət etmək, onları izləmək və onlara xidmət göstərmək üçün, eyni zamanda xidmət əldə edilərkən;
  •  ödənişləri emal etmək və endirimlər, məsələn səfər başlanğıcı üçün ödəniş etməmək imkanı vermək üçün;
  •  istifadəçinin sorğusu əsasında onun hesabı, məsələn, tranzaksiyalar haqqında məlumat vermək və zərurət olduqca, məsələn, Servis qaydalarında dəyişikliklər haqqında məlumatlandırmağa ehtiyac olduqda istifadəçi ilə əlaqə saxlamaq üçün. Qanunvericiliyə uyğun olaraq, xidmətin göstərildiyi Azərbaycan Respublikası ərazisində biz sorğu və ya marketinq məlumatı, o cümlədən Servisin yeni funksiyaları və təkmilləşdirmələri haqqında məlumat göndərə bilərik;
  • zərurət olduqda hüquqi öhdəliklərimizi yerinə yetirmək, o cümlədən qanunvericilik çərçivəsində tələbləri yerinə yetirmək üçün;
  •  KONTAKTPLUS Məxfilik Siyasətini və ya xidmət göstərilməsi şərtlərini poza biləcək hərəkətləri və ya hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi aparmağımıza səbəb olan istənilən digər qanunsuz əməlləri aşkar etmək, araşdırmaq və onların qarşısını almaq üçün;
  •  aşağıda təsvir edildiyi kimi üçüncü tərəflərlə əməkdaşlıq etmək üçün.

Məlumatları kimə ötürə bilərik?

Bəzən Servis Təklifi çərçivəsində öhdəliklərimizi yerinə yetirmək üçün biz istifadəçi məlumatlarını əlaqəli şirkətlərə və tərəfdaşlarımıza, xidmət təchizatçılarına, üçüncü tərəflərə ötürürük. Bu prosesin təhlükəsiz olmasına ciddi şəkildə riayət edirik. Məlumatları qismən paylaşa biləcəyimiz şəxslər aşağıdakılardır:

  •  Tərəfdaşlarımız və xidmət təchizatçıları. Biz xidmət göstərmək üçün yoxlanılmış və etibarlı tərəfdaşları və təchizatçıları cəlb edirik. Buraya ödənişlərin emalı, istifadəçi dəstəyi, sığorta, marketinq və ya reklam aksiyaları daxildir. Məsələn, biz ödənişlərin və qaytarılan vəsaitlərin emalı üçün məlumatları kredit kartlarının emitentlərinə, həmçinin istifadəçi sığorta xidmətləri seçdikdə sığorta şirkətinə ötürürük.
  • Üçüncü şəxslər. Ad, telefon, elektrin poçt ünvanı (göstərilibsə) kimi bəzi kimlik məlumatlarını sildikdən və əldə edilmiş məlumatları digər istifadəçilərin analoji məlumatları ilə birləşdirdikdən sonra biz anonimləşdirilmiş ümumi məlumatlardan istifadə edə, onları sata, lisenziyalaşdıra və bölüşə bilərik. Bu, şəhər daxilində nəqliyyat trafikinin spesifikasının və həcminin araşdırılması üçün üçüncü şəxslərə ötürülən səfərlər haqqında məlumat ola bilər.
  • Biz dövlət orqanlarına, tənzimləyici orqanlara və hüquq-mühafizə orqanlarına yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla rəsmi sorğulara cavab olaraq, Servisin işlədiyi ərazidə tətbiq olunan qanunvericilikdə müəyyən edilmiş tələbləri yerinə yetirmək üçün məlumat ötürə bilərik. Bu, dələduzluq hallarının və təhlükəsizliklə bağlı digər qanunsuz əməllərin aşkar edilməsi, araşdırılması, qarşısının alınması və aradan qaldırılması üçün, həmçinin Servis istifadəçilərinin, ictimaiyyət nümayəndələrinin, Servis əməkdaşlarının və ya üçüncü şəxslərin əmlakına və ya sağlamlığına ziyan dəyməsinin qarşısının alınması üçün edilir. Servisin qanuni hüquqlarının və mülkiyyətinin qorunması, qanunsuz hərəkətlər və ya yol hərəkəti qaydaları pozulduğu təqdirdə tədbir görülməsi, Təklifdə müəyyən edilən servisdən istifadə qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üçün də məlumat dövlət orqanlarına ötürülə bilər.
  • KONTAKTPLUS Servisi ilə əlaqəli şirkətlər. Biz Servis Təklifi çərçivəsində xidmət göstərilməsi, o cümlədən müxtəlif şəhər və ölkələrdə xidmət göstərilməsi üçün məlumatları əlaqəli şirkətlərimizə ötürə bilərik.

Biz həmçinin yuxarıda sadalanan üçüncü şəxs növləri də daxil olmaqla, üçüncü şəxslər tərəfindən konkret şəxsin kimliyinin müəyyən edilməsi üçün istifadə oluna bilməyən ümumiləşdirilmiş, anonimləşdirilmiş və ya deidentifikasiya olunmuş məlumatları paylaşa bilərik.

Məlumatlardan istifadənin hüquqi əsası

KONTAKTPLUS -ın Məxfilik Siyasəti çərçivəsində bu sənəddə təsvir edilmiş məqsədlərlə məlumatların yığılması, istifadəsi, mübadiləsi və istənilən digər emalı üçün bir sıra əsasları var:

  • məlumatlar xidmət göstərilməsi və Servis Təklifi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi üçün lazımdır. Məsələn, ödəniş məlumatlarına və ya istifadəçinin yeri haqqında məlumata malik olmadıqda biz xidmət göstərə bilmərik;
  • servis istifadəçiləri məlumatın emalına razılıq veriblər və istənilən an razılıqlarını ləğv edə bilərlər;
  • bu, hüquqi öhdəliklərə, məsələn, hüquq-mühafizə orqanlarına məlumat vermək öhdəliyinə riayət etmək üçün lazımdır;
  • istifadəçilərin və Servis əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin maraqlarının müdafiəsi üçün;
  • qanunla buna icazə verilir, biz ictimai maraqlar üçün məlumatları emal edə bilərik.

Məlumat harada emal edilə bilər

KONTAKTPLUS qlobal servisdir, bu, o deməkdir ki, biz bütün dünya üzrə istifadəçilərimizin məlumatları ilə işləyirik və bu məlumatları müstəsna olaraq Xidmətlərin göstərilməsi məqsədilə və təhlükəsiz üsulla Azərbaycan Respublikasının hüdudlarından kənara ötürə bilərik.

Məlumat nə qədər müddət saxlanılır

Biz məlumatları hansı müddətin daha uzun olmasından asılı olaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq və ya başqa səbəblərlə tələb oluna biləcək daha uzun müddət nəzərə alınmaqla, xidmətlərin göstərilməsi üçün ehtiyac olan səmərəli müddətə və ya hesab istifadəçi tərəfindən silinənə qədər saxlayırıq.

Biz müəyyən KONTAKTPLUS xidmətlərini göstərməzdən əvvəl pasportun və ya sürücülük vəsiqəsinin surətini istəyə bilərik. Sürücülük vəsiqəsinin surətini istədikdə biz sənədin etibarlı olduğundan əmin olmaq üçün yoxlama aparırıq və yalnız Xidmət göstərilməsi üçün tələb olunan məlumatları saxlayırıq.

İstifadəçi öz hesabını sildikdə bizim məlumatları öz məlumatlar bazamızdan və sistem jurnallarından silməyimiz üçün əlavə vaxta ehtiyazımız ola bilər. Biz həmçinin silinmiş hesablarda olan məlumatları dələduzluğun qarşısının alınması, ödənişlərin yığılması, Təklif şərtlərinə riayət olunmasının təmin edilməsi, hüquqi öhdəliklərin yerinə yetirilməsi və ya qanuni hüquqlarımıza raiyət edilməsinin təmin edilməsi üçün saxlaya bilərik.

Şəxsi məlumatların qorunması üzrə hansı tədbirləri həyata keçiririk

KONTAKTPLUS Azərbaycan Respublikasının şəxsi məlumatlar sahəsində qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərə riayət edilməsinin təmin edilməsi üçün zəruri olan və kifayət edən tədbirlərin tərkibini və siyahısını özümüz müəyyən edirik. Xüsusən, KONTAKTPLUS-da şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə aşağıdakı hüquqi və təşkilati tədbirlər görülüb:

  •  hazırda oxuduğunuz Məxfilik Siyasəti təsdiq edilib;
  •  şəxsi məlumatları emal etmək hüququna və onlara çıxışa malik olan əməkdaşlar dairəsi müəyyən edilib;
  •  şəxsi məlumatları bilavasitə emal edən əməkdaşlar Azərbaycan Respublikasının şəxsi məlumatlar haqqında qanunvericiliyinin müddəaları, o cümlədən şəxsi məlumatların qorunması ilə bağlı tələblər və bu Siyasətlə tanış edilir və onlara təlim keçilir.

Şəxsi məlumatların təhlükəsizliyin təmin edilməsi məqsədilə tətbiq etdiyimiz texniki tədbirlər arasında aşağıdakıları qeyd edə bilərik:

  •  şəxsi məlumatların olduğu daşıyıcıları zərərli proqramlar vasitəsilə zərərli təsirdən qoruma (antivirus qoruması);
  •  iş yerlərinə, həmçinin şəxsi məlumatların saxlanıldığı və emal edildiyi məlumat daşıyıcılarına icazəsiz çıxışdan müdafiə;
  •  informasiya sisteminin, onun vasitələrinin, rabitə və məlumatların ötürülməsi sistemlərinin qorunması;
  •  çıxış subyektlərinin və çıxış obyektlərinin müəyyən edilməsi və autentifikasiyası;
  •  çıxış subyektlərinin çıxış obyektlərinə çıxışının idarə edilməsi;
  •  proqram mühitinin məhdudlaşdırılması;
  •  informasiya sisteminin konfiqurasiyasının idarə edilməsi.