AÇIQ TƏKLİF
KONTAKTPLUS Fərdi Mobillik Platformasından istifadə hüququnun verilməsi haqqında Müqavilə bağlanmasına dair
Müqavilənin bağlandığı yer: BAKI ş., Azərbaycan Respublikası,
(13 aprel 2022-ci il redaksiyası)
Bu sənəd bundan sonra “Hüquq sahibi” adlandırılacaq, nizamnamə əsasında fəaliyyət göstərən “ABC-TELECOM” MMC-nin bundan sonra “İstifadəçi” adlandırılacaq, hüquq səlahiyyəti olan fiziki şəxsə (AR vətəndaşına, əcnəbi vətəndaşa, vətəndaşlığı olmayan şəxsə) ünvanlanmış bu Təklifdə əksini tapan şərtlərlə KONTAKTPLUS Fərdi Mobillik Platformasından istifadə hüquqlarının verilməsi haqqında Müqavilənin (bundan sonra eyni zamanda “Müqavilə”) bağlanmasına dair təklifidir (bundan sonra eyni zamanda “Təklif” və ya “Açıq təklif”), Hüquq Sahibi və İstifadəçi birlikdə “Tərəflər”, ayrı-ayrılıqda isə “Tərəf” adlandırılacaqlar.
1. Müqavilədə istifadə olunan əsas terminlər və təriflər
- 1.1. Qəbul – İstifadəçinin Hüquq Sahibi ilə bu sənəddə əksini tapan şərtlərlə Müqavilə bağlanması haqqında təklifi tam və qeyd-şərtsiz qəbul etməsi, bunun hüquqi nəticəsi Tərəflər arasında həmin Müqavilənin bağlanmasıdır. İstifadəçi Təklifi qəbul etdiyini bu Təklifdə göstərilən üsullarla ifadə edir.
- 1.2. İcarə (və ya Kirayə) – Müqaviləyə uyğun olaraq Hüquq Sahibinin İcarə/Kirayə başladığı andan İcarə/Kirayə başa çatana qədər Müqavilədə müəyyən edilmiş qaydalara əsasən İstifadəçiyə verdiyi Elektrikli Skuterə sahiblik və ondan təyinatına uyğun istifadə hüququ. Müqavilənin məqsədləri üçün “Kirayə” və “İcarə” terminlərindən eyni mənada istifadə olunur.
- 1.3. Razılıq tələb olunmayan silmə – Müqavilə şərtlərinin icrası zamanı İstifadəçinin göstərdiyi bank kartından pul vəsaitinin silinməsi. Pul vəsaiti İstifadəçidən əlavə razılıq alınmadan, qüvvədə olan qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş qaydalarla və formada silinir.
- 1.4. Bronlaşdırma – Mobil Tətbiqin İstifadəçinin seçdiyi Elektrlikli skuterin Bronlaşdırma dövründə həmin İstifadəçiyə təhkim edilməsini təmin edən funksiyası.
- 1.5. Qrup şəklində səfər – Mobil Tətbiqin İstifadəçiyə eyni zamanda bir neçə Elektrlikli skuteri icarəyə götürmək imkanı verən funksiyası.
- 1.6. Müqavilə – Hüquq Sahibi və İstifadəçi arasında bu Təklifdə əksini tapan şərtlərlə İstifadəçinin Təklifini Qəbul etməsi yolu ilə bağlanmış müqavilə. Hüquqi mahiyyətinə görə Müqavilə qarışıqdır və lisenziya müqaviləsi (Mobil Tətbiqdən istifadə hüququnun verilməsi haqqında müqavilə), habelə Elektrikli Skuterin qısamüddətli icarəsi müqaviləsinin elementlərini ehtiva edir.
- 1.7. Sürət rejiminin məhdudlaşdırılması zonası – Mobil Tətbiqdə işarələnmiş, Hüquq Sahibinin proqram-aparat vasitələrinin köməyi ilə Elektrikli Skuterin maksimum sürətinin funksional olaraq Mobil Tətbiqdə göstərilən dəyərə qədər məhdudlaşdırılacağı ərazi. Bu zonaya girərkən Elektrlik skuter həmin zonanın sərhədini keçdikdə rəvan şəkildə sürət rejimini avtomatik olaraq daha yavaş rejimə (sürət məhdudiyyətinə uyğun) keçirəcək, zonadan çıxış zamanı isə sərhədi keçdikdə adi sürət rejiminə qayıdacaq.
- 1.8. Səfər Zonası – Mobil Tətbiqdəki xəritədə işarələnmiş, İstifadəçinin Müqavilə çərçivəsində Elektrikli Skuterdən istifadə edə biləcəyi ərazi. İstifadəçinin Səfər Zonasının hüdudlarından kənarda Elektrikli Skuterdən istifadə etməsi nəzərdə tutulmayıb və Müqavilənin pozuntusudur.
- 1.9. Müştərilərə dəstək (eyni zamanda “İstifadəçilərə dəstək xidmət”) – Hüquq Sahibinin mobil rabitə və ya Mobil Tətbiqdəki çat vasitəsilə müraciət zamanı İstifadəçiyə informasiya yardımı göstərən dəstək xidməti.
- 1.10. Lisenziya – Hüquq Sahibinin Müqaviləyə uyğun olaraq İstifadəçiyə Mobil Tətbiqdən istifadə üzrə bu Təklifdə əksini tapan şərtlərlə verdiyi qeyri-müstəsna hüquq.
- 1.11. KONTAKTPLUS Mobil Tətbiqi (eyni zamanda “Mobil Tətbiq” adlandırılır) – İstifadəçilərin KONTAKTPLUS Fərdi Mobillik Platformasının istifadəçi funksiyalarından, o cümlədən Elektrikli Skuter axtarışı, Elektrikli Skuterlə səfərin başlaması və yekunlaşdırılması funksiyalarından, habelə Mobil Tətbiqdə nəzərdə tutulmuş digər funksiyalardan istifadə imkanı verən mobil Android və iOS tətbiqləri. Bu termin həm Mobil Tətbiqin mövcud versiyasını, həm də onun bütün sonrakı yenilənmələrini və yeni versiyalarını ehtiva edir.
- 1.12. Dayanacaq – Mobil Tətbiqdəki xəritədə qeyd edilmiş, İstifadəçinin Elektrikli Skuterin İcarəsini yekunlaşdıra biləcəyi yer (zona). Bu, Elektrikli Skuterin kilitlə bağlanması üçün konstruksiya ilə təchiz edilməmiş zona (Virtual Dayanacaq) və ya müvafiq konstruksiyanın quraşdırıldığı zona (xüsusən, velosiped dayanacağı) ola bilər.
- 1.13. YHQ – AR qanunvericiliyində təsdiq edilmiş yol hərəkəti qaydaları. Bu Təklifdə YHQ-yə istinad həmin anda mövcud olan YHQ redaksiyasına istinad deməkdir (və ya qüvvədə olan qanunvericiliyə uyğun olaraq fərqli YHQ redaksiyası tətbiq edilməlidirsə, tətbiq edilməli olan müvafiq YHQ redaksiyasına).
- 1.14. Şəxsi məlumatlar – İstifadəçiyə aid istənilən məlumat, o cümlədən onun soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, ünvanı, pasport məlumatları, habelə şəxsi məlumatlar subyektinin şəxsiyyətini təsdiq edən digər sənədindəki məlumatlar, əlaqə telefonları, e-mail və AR-in qüvvədə olan qanunvericiliyinə uyğun olaraq şəxsi məlumat kimi qəbul edilən və Müqavilənin bağlanması, icrası və / və ya ona xitam verilməsi zamanı Hüquq Sahibinə məlum ola biləcək digər məlumatlar.
- 1.15. KONTAKTPLUS Fərdi Mobillik Platforması – Hüquq Sahibi tərəfindən işlənib hazırlanmış, bir sıra qarşılıqlı əlaqəli obyektləri (Hüquq Sahibinin proqram və texniki məhsulları) ehtiva edən vahid proqram-aparat kompleksi, o cümlədən KONTAKTPLUS Mobil Tətbiqi, həmçinin Elektrikli Skuterlər.
- 1.16. Hüquq Sahibinin saytı – İnternet şəbəkəsində http://KONTAKTPLUS.info/ ünvanında yerləşən veb-sayt
- 1.17. İstifadəçi – hüquq səlahiyyəti olan 18 yaşına çatmış və himayə və ya qəyyumluq altında olmayan, bu Təklifi qəbul edən və bu Təklifi qəbul etməsi nəticəsində Müqavilə Tərəfi olan fiziki şəxs (AR vətəndaşı, əcnəbi vətəndaş, vətəndaşlığı olmayan şəxs).
- 1.18. Tariflər – Müqavilə üzrə İstifadəçiyə Mobil Tətbiqdən istifadə hüququ verilməsinə görə lisenziya haqqını, həmçinin Elektrikli Skuterlərin icarəsi üçün ödənişi ehtiva edən Hüquq Sahibinə ödəniş ölçüsünü müəyyən edən şərtlər. Tariflər Mobil Tətbiqdə mövcuddur.
- 1.19. Elektrikli Skuter – KONTAKTPLUS-ın İoT-nəzarətçi ilə (Hüquq Sahibinin öz məhsuludur) təchiz edilmiş, Müqaviləyə uyğun olaraq KONTAKTPLUS Mobil Fərdilik Platformasının tərkib hissəsi kimi İstifadəçinin müvəqqəti idarəçiliyinə və istifadəsinə verilən paylaşılan Elektrikli Skuteri.
2. Müqavilənin predmeti
2.1. Lisenziya
- 2.1.1. Müqavilə əsasında Hüquq Sahibi İstifadəçiyə bu Müqavilənin qüvvədə olduğu müddət ərzində KONTAKTPLUS Mobil Tətbiqindən Müqavilədə müəyyən edilmiş həddə istifadə üzrə qeyri-müstəsna hüquq verir (bu Müqavilənin 1.11-ci bəndində müəyyən edildiyi kimi), İstifadəçi isə verilən hüquq üçün Müqavilənin şərtlərinə uyğun olaraq Hüquq Sahibinə ödəniş etmək öhdəliyi götürür.
- 2.1.2. İstifadəçiyə Mobil Tətbiqin bütün elementlərindən, o cümlədən aşağıdakı elementlərdən istifadə hüququ verilir (Təklifin bu 2.1-ci bəndində, o cümlədən 2.1.6 və 2.1.8-ci bəndlərdə və qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla):
- – Mobil Tətbiqin interfeysi;
- – proqramın ekrana çıxardığı vizual təsvirlərdə, Mobil Tətbiqin interfeysində, Mobil Tətbiqin tərtibat elementlərinin yerləşdirilməsində və s. istifadə olunan bütün tərtibat elementləri və orijinal dizayn həlləri də daxil olmaqla, dizayn elementləri.
- – Mobil Tətbiqdə istifadə olunan və onun ayrılmaz hissəsini təşkil edən təsvirlər, mətnlər, informasiya materialları.
- 2.1.3. İstifadəçi Mobil Tətbiqdən KONTAKTPLUS Fərdi Mobillik Platforması çərçivəsində müstəsna olaraq öz təyinatına və funksional imkanlarına uyğun şəkildə Mobil Tətbiq üzərində müstəsna hüququn etibarlı olduğu bütün ərazilərdə istifadə edə bilər. Bu zaman Mobil Tətbiqin funksional imkanları istifadə olunduğu konkret ərazidən asılı olaraq fərqlənə bilər.
- 2.1.4. Müvafiq ərazidə və müvafiq üsullarla Mobil Tətbiqdən istifadə hüququ Hüquq Sahibində qalmaqla, İstifadəçi Müqaviləyə uyğun olaraq Mobil Tətbiqdən bu Təklifdə göstərilən ərazidə və üsullarla qeyri-müstəsna lisenziya şərtləri ilə istifadə hüququ əldə edir.
- 2.1.5. Mobil Tətbiq üzərində müstəsna hüquq Hüquq Sahibinə aiddir.
- 2.1.6. İstifadəçi Mobil Tətbiqlə bağlı sublisenziya müqavilələri bağlamaq və ya istənilən şəkildə Mobil Tətbiqdən istifadə hüququnu üçüncü şəxslərə ötürmək hüququna malik deyil.
- 2.1.7. İstifadəçi Müqaviləyə uyğun olaraq Mobil Tətbiqdən istifadə məqsədilə qeyri-məhdud sayda mobil cihaza Mobil Tətbiqi quraşdırmaq hüququna malikdir.
- 2.1.8. İstifadəçi Mobil Tətbiqin dekompilyasiyasını həyata keçirmək və Mobil Tətbiqin ilkin koduna dəyişikliklər etmək, həmçinin Mobil Tətbiqi çoxaltmaq, surətini çıxarmaq və yaymaq hüququna malik deyil.
2.2. İcarə
- 2.2.1. Müqavilə əsasında Hüquq Sahibi Elektrikli Skuteri müvəqqəti sahiblik və istifadə üçün İstifadəçiyə verir, İstifadəçi isə Elektrikli Skuteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan istehlak məqsədləri ilə (şəxsi ehtiyacları üçün) istifadə üçün qəbul edir. Elektrikli Skuterin İstifadəçiyə İcarəyə verilməsi İstifadəçinin bu Təklifdə nəzərdə tutulmuş qaydada Mobil Tətbiqin funksiyalarından istifadə etməsi yolu ilə həyata keçirilir.
- 2.2.2. İstifadəçi Elektrikli Skuterdən yalnız Səfər Zonasının hüdudları daxilində istifadə etmək hüququna malikdir. Bu ərazinin hüdudlarından kənarda Elektrikli Skuterdən istifadəyə icazə verilmir və Hüquq Sahibi tərəfindən əlavə xəbərdarlıq edilmədən KONTAKTPLUS Mobil Fərdilik Platformasının funksiyaları vasitəsilə skuter bloklanır.
3. Müqavilənin bağlanması şərtləri və qaydası
- 3.1. İstifadəçi Təklifi elektron formada, Təklifin bu bölməsində müəyyən edilmiş qaydada qəbul edir və bu, İstifadəçi və Hüquq Sahibi arasında Müqavilə bağlanmasına gətirib çıxarır.
- 3.2. Müqavilə İstifadəçinin hər hansı şərt və qeyd-şərt olmadan bütünlükdə Müqavilədə müəyyən edilmiş şərtlərə qoşulması yolu ilə bağlanır. Bu Təklifin qəbul edilməsi İstifadəçinin Müqavilənin bütün müddəaları ilə tanış olması, onlarla razı olması və onlara riayət etməyə qeyd-şərtsiz razılıq verməsi deməkdir.
- 3.3. İstifadəçi bu Təklifin qəbulunu aşağıdakı hərəkətləri yerinə yetirməklə həyata keçirir:
- 3.3.1. İstifadəçi Mobil Tətbiqin funksiyalarına uyğun olaraq İstifadəçinin Mobil Tətbiqdə qeydiyyatı üçün tələb olunan məlumatları qeyd etməklə sətirləri doldurur;
- 3.3.2. İstifadəçinin Mobil Tətbiqdə qeydiyyatı smartfonda tətbiq ilk dəfə açıldığı zaman həyata keçirilir. Bu zaman İstifadəçi öz telefon nömrəsini təsdiq etməklə, bu Təklifin şərtləri ilə tam həcmdə tanış olduğunu təsdiq edir və Müqavilənin bağlanmasına razılığını təsdiq edir.
- 3.3.3. Elektrikli Skuterlərin İcarəsi də daxil olmaqla, Mobil Tətbiqin bütün funksiyalarından istifadə məqsədilə İstifadəçi “Pul kisəsi” bölməsində ödəniş üsulunu seçir və bank kartının məlumatlarını qeyd edir. Bank kartının məlumatlarının doğru daxil edildiyinin təsdiqi məqsədilə bu kartda 10 (on) 5-10 qəpik ölçüsündə məbləğ bloklanır. Hüquq sahibinin yuxarıda qeyd edilən pul vəsaitinə uğurla blok qoyması bu Təklifin Qəbulunun şərtlərindən biridir. Bu pul məbləği Müqavilə üzrə lisenziya haqqı və / və ya ödəniş qismində silinmir və bir gün ərzində blok qaldırılır.
- 3.4. Hüquq Sahibi texniki səbəblərdən İstifadəçinin verdiyi məlumatların və informasiyanın emalının mümkün olmaması ilə əlaqədar Təklifin qəbul edilmədiyi və Müqavilənin bağlanmadığı hallara görə məsuliyyət daşımır.
- 3.5. İstifadəçi bu Təklifi qəbul etməklə onun hesabından Mobil Tətbiqdə həyata keçirilən istənilən hərəkətlərin şəxsən İstifadəçi tərəfindən həyata keçirildiyini təsdiq edir. İstifadəçinin hesabından və ya mobil cihazından icazəsiz istifadə ilə bağlı bütün risklər İstifadəçiyə aiddir.
- 3.6. Təklifi qəbul edən şəxs bu Təklifin 1.17-ci bəndində göstərilən meyarlara uyğun olmalıdır. Hüquq Sahibi Təklifi qəbul edən (qəbul etmiş) şəxsin bu meyarlara uyğun olmadığını müəyyən edərsə, aşağıdakı hüquqi nəticələrdən biri baş verir:
Müvafiq hal müəyyən edildiyi anda müvafiq şəxslə Müqavilə bağlanmayıbsa Təklifin qəbulu yekunlaşmamış, Müqavilə isə bağlanmamış hesab olunacaq, İstifadəçiyə Mobil Tətbiqə çıxış verilmir;
Müvafiq hal müəyyən edildiyi anda müvafiq şəxslə Müqavilə bağlanıbsa Hüquq Sahibi müvafiq şəxsin Mobil Tətbiqə çıxışını dərhal dayandırmaq (o cümlədən hesabı bloklamaqla) və / və ya birtərəfli qaydada Müqavilənin icrasından imtina etmək hüququna malikdir.
- 3.7. Hüquq Sahibinin İstifadəçinin qeydiyyat zamanı göstərdiyi məlumatların, bank kartının məlumatlarının doğruluğundan, bank kartının İstifadəçiyə məxsus olmasından, həmçinin Mobil Tətbiqdə qeydiyyatdan keçmiş müvafiq şəxsin bu Təklifin 1.17-ci bəndində göstərilmiş meyarlara uyğunluğundan şübhəsi yarandığı təqdirdə Hüquq Sahibi Mobil Tətbiq vasitəsilə və ya digər üsulla İstifadəçinin şəxsiyyəti haqqında əlavə məlumat verilməsi, o cümlədən onun pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin səhifələrinin fotoşəkillərinin, bank kartının ön tərəfinin fotoşəkillərinin (CVV/CVC-siz) təqdim edilməsi haqqında sorğu göndərmək hüququna malikdir.
- 3.8. İstifadəçi Hüquq Sahibinin Təklifin 3.7-ci bəndinə uyğun olaraq istədiyi məlumatı ona təqdim etmək öhdəliyi daşıyır. İstifadəçi Hüquq Sahibinin şübhələrini aradan qaldırmaq üçün kifayət edəcək həcmdə müvafiq məlumatları təqdim edənə qədər:
Bu 3-cü bölməyə uyğun olaraq İstifadəçi ilə Müqavilə bağlanmayıbsa İstifadəçi tərəfindən Təklif Qəbul edilmiş, Müqavilə isə bağlanmış hesab oluna bilməz. Təklifi qəbul edən şəxsə Mobil Tətbiqə çıxış verilmir;
İstifadəçi ilə Müqavilə bağlanıbsa, Hüquq Sahibi İstifadəçinin Mobil Tətbiqə çıxışını dayandırmaq (o cümlədən hesabı bloklamaqla) hüququna malikdir. İstifadəçi bütün zəruri sənədləri təqdim etdikdən sonra Hüquq Sahibi İstifadəçinin Mobil Tətbiqə çıxışını bərpa edəcək.
4. Tərəflərin hüquq və öhdəlikləri
4.1. Hüquq sahibinin öhdəlikləri:
- 4.1.1. Müqavilədə (xüsusən, bu Təklifin 3.8-ci bəndində) nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin Mobil Tətbiqə çıxışını və Müqavilənin şərtlərinə uyğun olaraq ondan istifadə imkanını təmin etmək;
- 4.1.2. Mobil Tətbiq vasitəsilə İstifadəçiyə Elektrikli Skuter, onun əsas texniki xüsusiyyətləri, lisenziya haqqı və icarə haqqı və Müqavilənin digər şərtləri haqqında məlumat vermək;
- 4.1.3. Texniki cəhətdən saz vəziyyətdə olan, maksimum sürəti 25 km/s. çatan (Sürət rejiminin məhdudlaşdırıldığı Zonalar nəzərə alınmaqla – bu Təklifin 1.7-ci bəndi) Elektrikli Skuteri müvəqqəti sahiblik və istifadə üçün İstifadəçiyə vermək;
- 4.1.4. Elektrikli Skuterin saxlanması üçün onun normal istismarı ilə bağlı yaranan xərcləri ödəmək (Müqavilə ilə birbaşa İstifadəçinin üzərinə qoyulan xərclər istisna olmaqla);
- 4.1.5. Müqavilədən irəli gələn və qüvvədə olan qanunvericilikdə nəzrdə tutulan digər öhdəliklərini lazımi qaydada yerinə yetirmək.
4.2. Hüquq Sahibinin hüquqları:
- 4.2.1. İstifadəçinin Mobil Tətbiqdə qeydiyyat zamanı verdiyi şəxsi məlumatları, həmçinin bu Təklifin 3.7-3.8-ci bəndlərində göstərilən digər məlumatları yoxlamaq;
- 4.2.2. Bu Təklifin 3.6 və 3.8-ci bəndlərində müəyyən edilmiş hallarda, İstifadəçinin Müqavilə üzrə borcu olduqda, habelə Hüquq Sahibinin İstifadəçinin hesabından istifadə ilə dələduzluq əməlləri, yaxud Elektrikli Skuterlər, digər istifadəçilər və ya üçüncü şəxslərlə bağlı qanunsuz əməllər törədilməsindən şübhəsi olduqda, eyni zamanda Müqavilənin ləğvi üçün Hüquq Sahibinin bu Təklifin 9.2-ci bəndində göstərilən əsaslardan istənilən biri mövcud olduqda İstifadəçinin Mobil Tətbiqə çıxışını müvəqqəti və ya tamamilə dayandırmaq (o cümlədən İstifadəçinin hesabını bloklamaq);
- 4.2.3. İstifadəçinin Mobil Tətbiqdə qeydiyyat zamanı verdiyi, həmçinin Müqavilənin bağlanması və icrası zamanı əldə edilmiş şəxsi məlumatları emal etmək;
- 4.2.4. İstifadəçinin Müqavilə üzrə, həmçinin İstifadəçi və Hüquq Sahibi arasında başqa müqavilələr bağlanıbsa, onlar üzrə borcunu yoxlamaq;
- 4.2.5. Elektrikli Skuterin mühafizəsinin təmin edilməsinə, həmçinin texniki vəziyyətinə nəzarət etmək, Elektrikli Skuterin istismarının bu Müqavilədə müəyyən edilmiş məqsədlərə uyğunluğuna nəzarət etmək;
- 4.2.6. İstifadəçi Mobil Tətbiqdə qeydiyyat zamanı qeydiyyat üçün tələb olunan məlumatları yanlış və ya natamam verdiyi təqdirdə Müqaviləni bağlamaqdan imtina etmək;
- 4.2.7. İstifadəçinin Müqavilədən və / və ya İstifadəçi və Hüquq Sahibi arasında bağlannmış digər müqavilələrdən irəli gələn borcu olduğu təqdirdə borc tam həcmdə ödənilənə qədər, həmçinin İstifadəçi bu Müqavilənin digər şərtlərini pozduğu təqdirdə Müqaviləni bağlamaqdan imtina etmək, onun etibarlılığını dayandırmaq və ya ona xitam vermək;
- 4.2.8. Hüquq Sahibinin http://KONTAKTPLUS.info/app/terms-of-service.html ünvanında yerləşən saytında və / və ya Mobil Tətbiqdə bu Təklifin Müqavilənin dəyişdirilmiş şərtlərini ehtiva edən yeni redaksiyasını yerləşdirməklə, Təklifə (Müqaviləyə) birtərəfli qaydada dəyişiklik etmək (o cümlədən lisenziya haqqı və icarə haqqı daxil olmaqla dəyərə və Elektrikli Skuterin icarə şərtlərinə). Müqaviləyə dəyişikliklərlə tanış olmamağa görə risk İstifadəçiyə aiddir. İstifadəçi Müqaviləyə dəyişikliklərlə razı olmadığı təqdimrdə Mobil Tətbiqdən istifadəni dayandırmalıdır. Müqaviləyə dəyişiklik edildikdən sonra Mobil Tətbiqdən istifadənin davam etdirilməsi edilən dəyişikliklərlə razılıq hesab olunur.
- 4.2.9. İstifadəçi Elektrikli Skuteri Səfər Zonasından 1 kilometrdən artıq uzaqlaşdırdığı təqdirdə və ya Hüquq Sahibinin Elektrikli Skuterin oğurlanması ilə bağlı əsaslı şübhələrini yaradan digər hallarda Elektrikli Skuterin hərəkətini bloklamaq (o cümlədən Hüquq Sahibinin proqram-texniki vasitələrinin köməyi ilə) və oğurluq faktı haqqında hüquq-mühafizə orqanlarına məlumat vermək, eyni zamanda hüquqlarının müdafiəsi üçün AR qanunvericiliyində nəzərdə tutulmuş digər üsullardan istifadə etmək;
- 4.2.10. Hüquq Sahibinin İstifadəçinin dələduzluq əməlləri törədəcəyini ehtimal etmək üçün kifayət qədər əsası olduğu təqdirdə, həmçinin İstifadəçi digər vicdansız davranışlar nümayiş etdirdiyi təqdirdə (o cümlədən Elektrikli Skuterdən və ya Mobil Tətbiqdən təyinatına uyğun olmayan istifadə və ya İstifadəçinin Müqaviləni digər şəkildə pozması) İstifadəçini Mobil Tətbiq vasitəsilə məlumatlandıraraq, Müqavilənin icrasını birtərəfli qaydada dayandırmaq, həmçinin İstifadəçinin Mobil Tətbiqə çıxışını dayandırmaq, Hüquq Sahibinin proqram-texniki vasitələrinin köməyilə Elektrikli Skuterin hərəkətini bloklamaq (o cümlədən İcarəni dayandırmadan), zərurət olduqda eyni zamanda İstifadəçinin Elektrikli Skuter İcarəsini məcburi qaydada yekunlaşdırmaq.
- 4.2.11. Hüquq Sahibinin qeydiyyatdan keçirilmiş hesabdan istifadənin uyğunluğu ilə bağlı şübhəsi yarandığı təqdirdə Hüquq Sahibi İstifadəçinin Mobil Tətbiqdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına İstifadəçinin şəxsiyyəti haqqında əlavə məlumat verilməsi, o cümlədən onun pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin səhifələrinin fotoşəklinin təqdim edilməsi haqqında sorğu göndərmək hüququna malikdir. Tərəflər razılaşıblar ki, sorğuya cavab verilmədiyi təqdirdə Hüquq Sahibi bu Müqaviləni dayandırmaq, üç gün keçdikdən sonra isə ona xitam vermək hüququna malikdir.
- 4.2.12. Elektrikli Skuter Sürət rejiminin məhdudlaşdırıldığı Zonaya girdiyi təqdirdə (bu Təklifin 1.7-ci bəndi) Elektrikli Skuterin maksimum surətini azaltmaq.
- 4.2.13. Hüquq Sahibi istənilən vaxt İstifadəçini məlumatlandırmadan Mobil Tətbiqin funksional imkanlarını dəyişdirə (Mobil Tətbiqi yeniləyə) və mobil cihazında Mobil Tətbiqin köhnə (yenilənməmiş) versiyası quraşdırılmış İstifadəçiyə və ya mobil cihazı Mobil Tətbiq üçün təhlükəsiz hesab olunmayan İstifadəçiyə Müqavilə üzrə xidmət göstərməkdən imtina etmək hüququna malikdir.
4.3. İstifadəçinin hüquqları:
İstifadəçi Müqavilədə nəzərdə tutulmuş şərtlərlə Mobil Tətbiqdən və Elektrikli Skuterdən istifadə etmək hüququna malikdir.
4.4. İstifadəçinin öhdəlikləri:
- 4.4.1. Elektrikli Skuterdən istifadəyə başlamazdan əvvəl onda zədələnmələr olub-olmadığını yoxlamaq;
- 4.4.2. İstifadəyə başlamazdan əvvəl Elektrikli Skuterdə zədələnmə və ya digər nasazlıq aşkar edərsə, bu barədə Hüquq Sahibinə məlumat vermək və Mobil Tətbiqdə İstifadəçilərə Dəstək Xidmətinin çatı vasitəsilə onun fotoşəklini göndərmək. İstifadəçi istifadədən əvvəl Hüquq Sahibinə Elektrikli Skuterdə mövcud zədələnmələr və ya digər nasazlıqlar haqqında məlumat verməyibsə, sonradan digər İstifadəçi və ya Hüquq Sahibi tərəfindən Elektrikli Skuterdə zədələnmə aşkar edildiyi təqdirdə İstifadəçi İcarə zamanı onun zədələnməsində özünü təqsirli bilir;
- 4.4.3. Bu Müqavilənin 7-ci bölməsində nəzərdə tutulan Elektrikli Skuterin İcarəyə götürülməsi və İcarənin yekunlaşdırılması qaydalarına riayət etmək;
- 4.4.4. Elektrikli Skuterdən müstəsna olaraq onun təyinatına uyğun şəkildə istifadə etmək;
- 4.4.5. Elektrikli Skuteri üçüncü şəxslərə subicarəyə verməmək, həmçinin Qrup şəklində səfərlər istisna olmaqla, Elektrikli Skuterdən şəxsən istifadə etmək;
- 4.4.5.1 İstifadəçi Elektrikli Skuteri 18 yaşına çatmamış üçüncü şəxslərin istifadəsinə vermək hüququna malik deyil;
- 4.4.6. Elektrikli Skuteri İcarəyə götürdüyü andan etibarən İcarə başa çatana qədər onun mühafizəsini təmin etmək;
- 4.4.7. Hüquq Sahibinin əmlakından ehtiyatla istifadə etmək, həmçinin Hüquq Sahibinin əmlakına ziyan vurulmasının qarşısını almaq üçün tədbirlər görmək. Bununla əlaqədar İstifadəçiyə aşağıdakı bir sıra hərəkətlər qadağan edilir:
- 4.4.7.1 İstifadəçiyə Elektrikli Skuterdən nahamar səthlərdə, səkilərdən və sərt örtüklü yollardan kənarda istifadə etmək, istənilən çuxurların, dəliklərin, təpələrin, əsas döşəmədən 3 sm-dən çox fərqlənən digər nahamarlıqların, eyni zamanda kəskin kənarları və ya Elektrikli Skuterin təkərləri üçün əlavə yük yaradan digər xüsusiyyətləri olan yolların, dərinliyin kənardan müəyyən edilməsi mümkünlüyündən asılı olmayaraq, dərinliyi 1 sm-dən çox olan gölməçələrin üzərindən keçmək qadağan edilir;
- 4.4.7.2. İstifadəçiyə Elektrikli Skuterdən yolsuz yerlərdə, kobud ərazilərdə sürmək üçün istifadə etmək qadağan edilir;
- 4.4.7.3. İstifadəçiyə akrobatik hərəkətlər etmək, tullanmaq, maneələrə, bordürlərə, pilləkənlərə çıxmaq; Elektrikli Skuterdən yarışlarda iştirak etmək; drift etmək; skuter hərəkət etmədiyi halda qaz qoluna basaraq elektrik mühərrikini hərəkətə gətirmək qadağan edilir;
- 4.4.7.4. İstifadəçiyə Elektrikli Skuterdən yük daşımaq, yedəkləmək üçün istifadə etmək; Elektrikli Skuterə bir nəfərdən artıq minmək, həmçinin uşaq və heyvan daşımaq; ümumi çəki (geyim, çanta, rükzak və s. ilə birlikdə) 100 kq-ı aşdıqda Elektrikli Skuteri sürmək qadağan edilir;
- 4.4.7.5. İstifadəçiyə icarə başa çatdıqdan sonra Elektrikli Skuteri çətin gedilə bilən yerlərdə (bina girişi, qapalı ərazi və s.) qoymaq, onu icazə verilməyən konstruksiyalara bağlamaq (keçidlərin, mağaza və bina girişlərinin məhəccərləri, pəncərə barmaqlıqları və s.) və ya istənilən digər şəkildə Elektrikli Skuteri bloklamaq qadağan edilir;
- 4.4.7.6. İstifadəçiyə Elektrikli Skuteri qatlamaq (o cümlədən standart mexanizmdən istifadə ilə) qadağan edilir;
- 4.4.7.7. İstifadəçiyə Elektrikli Skuterin stikerlərini, identifikasiya nömrələrini, ştrix-kodlarını sökmək, eyni zamanda onlara yazı yazmaq, stiker yapışdırmaq, nişanlar vurmaq, lak-boya örtüyünə zərər vermək, onu çirkləndirmək (platformanın küçə ayaqqabısı ilə normal çirklənməsi istisna olmaqla) qadağan edilir;
- 4.4.7.8. İstifadəçiyə Elektrikli Skuterin akkumlyatorunun tamamilə boşalmasına imkan vermək qadağan edilir;
- 4.4.7.9. İstifadəçiyə Hüquq Sahibinin Saytına, Mobil Tətbiqə, Elektrikli Skuterə, Hüquq Sahibinin digər əmlakına ziyan vura biləcək texnologiyalardan istifadə etmək və ya hərəkətlər etmək qadağan edilir;
- 4.4.7.10. İstifadəçiyə Mobil Tətbiqə, həmçinin Elektrikli Skuterə və ya onun ayrı-ayrı hissələrinə hər hansı dəyişiklik etmək, Elektrikli Skuterin hər hansı xüsusiyyətini dəyişdirmək, yaxşılaşdırmaq və ya pisləşdirmək qadağan edilir;
- 4.4.7.11. İstifadəçi Elektrikli Skuteri İcarə müddəti ərzində (yekunlaşmamış İcarə zamanı) Dayanacaqdan kənarda 30 dəqiqədən çox hərəkətsiz qoymaq hüququna malik deyil.
- 4.4.8. Kirayə zamanı əldə edilmiş Elektrikli Skuterdə istənilən zədələnmələr, sistemlərdən hər hansı birinin sönməsi, digər nasazlıqlar, Elektrikli Skuterin iştirakı ilə yol-nəqliyyat hadisələri; Mobil Tətbiqin işində pozuntular haqqında Hüquq Sahibinə Mobil Tətbiq vasitəsilə dərhal məlumat vermək. Bu hallarda İstifadəçi Elektrikli Skuterdən istifadəni dayandırmalıdır, bu barədə Mobil Tətbiqdə Dəstək Xidmətinin çatı vasitəsilə və ya support@KONTAKTPLUS.info elektron poçt ünvanı vasitəsilə Hüquq Sahibini məlumatlandırmaq tələb olunur;
- 4.4.9. Mobil Tətbiqdəki hesabının, o cümlədən adının və parolunun digər şəxslər tərəfindən icazəsiz istifadədən qorunması üçün lazımi tədbirləri görmək və belə bir istifadəni aşkar etdiyi təqdirdə Hüquq Sahibinə dərhal müvafiq məlumatı vermək;
- 4.4.10. İstifadəçi öz hesab məlumatlarını üçüncü şəxslərə ötürmək hüququna malik deyil;
- 4.4.11. Mobil Tətbiqdən müstəsna olaraq Müqavilədə müəyyən edilmiş həddə istifadə etmək və Hüquq Sahibinin Mobil Tətbiq üzərində müstəsna hüququnun pozulmasına yol verməmək;
- 4.4.12. Hüquq Sahibinin Saytında, həmçinin Mobil Tətbiqdə məlumatların yenilənməsini izləmək;
- 4.4.13. Lisenziya haqqını və icarə haqqını vaxtlı-vaxtında, bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəmək, Müqavilədə nəzərdə tutulmuş digər ödənişləri həyata keçirmək, İstifadəçinin bu Müqavilənin şərtlərinin icrası üçün göstərdiyi bank kartında Elektrikli Skuterin icarə haqqının ödənişi və lisenziya haqqının ödənişi üçün kifayət edəcək miqdarda pul vəsaitinin mövcudluğunu təmin etmək;
- 4.4.13.1 Elektrikli Skuter enerjisi azaldığı üçün qənaət rejiminə keçibsə və ya bu İstifadəçinin əvvəlki icarə müddəti ərzində enerjisi bitdiyi üçün sönübsə belə, Elektrikli Skuterin icarə haqqını vaxtlı-vaxtında, bu Müqavilənin şərtlərinə uyğun şəkildə tam şəkildə ödəmək;
- 4.4.14. İstifadə başa çatdıqdan və icarə yekunlaşdırıldıqdan sonra İstifadəçi Elektrikli Skuteri düzgün şəkildə park etməlidir.
- 4.4.15.1. Bu Təklifin 4.4.14-cü bəndinin məqsədləri üçün Elektrikli Skuterin düzgün park edilməsi İstifadəçinin aşağıdakı hərəkətləri yerinə yetirməsi deməkdir:
- Elektrikli Skuterlə Mobil Tətbiqdə “P” nişanı ilə göstərilmiş Dayanacaq nöqtəsinə gəlmək;
- Elektrikli Skuterdə kilid olduqda və Dayanacaq yeri Virtual olmadığı halda (bu Təklifin 1.12-ci bəndi) Elektrikli Skuteri konstruksiyanın/çəpərin qapalı hissəsinə bağlamaq;
- Mobil Tətbiqdə “Yekunlaşdır” düyməsinə (və ya Mobil Tətbiqdə fərqli adlandırılıbsa, fərqli adlı müvafiq funksiya düyməsinə) basmaq;
- Mobil Tətbiq vasitəsilə Hüquq Sahibinə Elektrikli Skuterin düzgün park edildiyini təsdiq edən fotoşəkillər göndərmək;
- Elektrikli Skuteri piyadaların və / və ya nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmayacaq şəkildə yerləşdirmək (məsələn, Elektrikli Skuter divara, hasara, səkinin kənarına maksimum yaxın yerləşməli və istiqaməti divara, hasara, səkinin kənarına perpendikulyar deyil, paralel olmalıdır).
- 4.4.15.2. Bu Təklifin 4.4.14-cü bəndinin məqsədləri üçün İstifadəçi aşağıdakı pozuntulardan birinə belə yol verdiyi təqdirdə, Elektrikli Skuter düzgün park edilməmiş hesab olunur:
- Elektrikli Skuter Səfər Zonasının hüdudlarından kənarda qoyulub;
- Elektrikli Skuter Mobil Tətbiqdəki xəritədə göstərilmiş Dayancaq nöqtəsindən kənarda qoyulub;
- Kilidlə təchiz edilmiş və Virtual olmayan Dayanacaqda qoyulmuş Elektrikli Skuter trosla bərkidilməyib və / və ya Elektrikli Skuterin kilidi bağlanmayıb;
- İstifadəçi Mobil Tətbiqdə İcarəni yekunlaşdırmayıb və bu zaman Elektrikli Skuter 30 dəqiqədən çox hərəkətsiz qoyulub;
- İstifadəçi İcarəni yekunlaşdırıb, amma Mobil Tətbiqdə və ya Mobil Tətbiqdəki İstifadəçilərə Dəstək Xidmətinin çatında düzgün park etdiyinin təsdiqi olaraq fotoşəkil göndərməyib;
- Elektrikli Skuter piyadaların və / və ya nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradacaq şəkildə yerləşdirilib.
- 4.4.15.3. Mobil Tətbiqin və ya Elektrikli Skuterin özünün işində texniki çətinliklərlə əlaqədar üzrlü səbəbdən düzgün park etmək mümkün olmadığı təqdirdə Dəstək Xidmətindən təsdiq aldıqdan sonra Elektrikli Skuter yol kənarında və ya səkidə, amma piyadaların və / və ya nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacaq şəkildə park edilə bilər. İstifadəçi Elektrikli Skuterin tramvay yollarında, dəmir yolu keçidlərində, tunellərdə, estakadalarda, körpülərdə, viyadüklərdə, piyada keçidlərində və onlara 5 m-dən yaxın məsafədə; yolun hərəkət hissəsində təhlükəli dönüşlərin yaxınlığında; velosipedçilər üçün zolaqda; hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarına 5 m-dən yaxın məsafədə; marşrut nəqliyyat vasitələrinin dayanacaq yerlərinə və ya minik taksilərinin dayanacaqlarına 15 metrdən yaxın məsafədə park edilməsinə yol verməməlidir.
- 4.4.15.4. İstifadəçi Elektrikli Skuterin bu Təklifin 4.4.15.3-cü bəndində göstərilmiş qaydada park edilməsi, həmçinin bu cür park etmək zərurətinə gətirib çıxaran səbəblər haqqında (düzgün park etməyə mane olan) Mobil Tətbiqdə İstifadəçiyə Dəstək Xidmətinin çatı vasitəsilə Hüquq Sahibinə dərhal məlumat verməlidir.
- 4.4.16. Elektrikli Skuter Hüquq Sahibinə texniki cəhətdən saz vəziyyətdə, hər hansı zədələnmə olmadan, Müqavilədə, o cümlədən bu Təklifin 4.4.14-cü bəndində nəzərdə tuutulmuş qaydada qaytarmalıdır;
- 4.4.17. İstifadəçi Elektrikli Skuterdən istifadə zamanı YHQ-yə riayət etməli və onların pozulmasına görə məsuliyyət daşımalıdır. Bununla əlaqədar İstifadəçi Elektrikli Skuterdən istifadə zamanı xüsusən:
- Velosiped, velosiped-piyada yollarında və ya velosipedçilər üçün zolaqlarda hərəkət etməlidir;
- Velosiped və velosiped-piyada yolu, velosipedçilər üçün zolaq olmadığı və ya onlarda və ya yolun hərəkət hissəsinin sağ kənarında hərəkət etmək imkanı olmadığı təqdirdə yolun kənarında hərəkət etməyə icazə verilir;
- Velosiped və velosiped-piyada yolu, velosipedçilər üçün zolaq olmadığı və ya onlarda və ya yolun hərəkət hissəsinin sağ kənarında hərəkət etmək imkanı olmadığı təqdirdə səkidə və ya piyada yolunda hərəkət etməyə icazə verilir;
- səkidə, piyada yolunda, yolun kənarında və ya piyada zonaları daxilində hərəkət digər şəxsləri təhlükəyə məruz qoyursa və ya onların hərəkəti üçün maneə yaradırsa, skuterdən düşmək və piyadalara yol vermək tövsiyə olunur;
- Günün qaranlıq vaxtında hərəkət edərkən və ya qeyri-kafi görünmə şəraitində skuterin farası və fənəri yandırılmalıdır, eyni zamanda İstifadəçinin yanında işığı əks etdirən elementləri olan əşyalar olması və bu əşyaların yol hərəkətinin digər iştirakçıları tərəfindən görünməsinin təmin edilməsi tövsiyə olunur;
- YHQ-nin digər tətbiq olunan müddəalarına, o cümlədən bu Təklifdə birbaşa göstərilməmiş müddəalara riayət etməlidir və onların pozulmasına görə məsuliyyət daşımalıdır.
- 4.4.18. Təhlükəli vəziyyətlərin və YHQ pozuntularının qarşısının alınması üçün İstifadəçiyə aşağıdakılar qadağan edilir:
Alkoqol, narkotik, toksik və ya digər sərxoşluq vəziyyətində Elektrikli Skuteri idarə etmək, eyni zamanda səlahiyyətli vəzifəli şəxsin sorğusu əsasında tibbi müayinə proseduru keçirilməsindən imtina etmək;
Heç olmasa bir əllə sükanı tutmadan Elektrikli Skuteri idarə etmək;
Elektrikli Skuterdən düşmədən yerüstü, yeraltı və digər keçidlərlə yolun hərəkət hissəsindən keçmək.
- 4.4.18.1. Həm İcarə müddəti ərzində, həm də İcarə müddəti çərçivəsindən kənarda İstifadəçinin Elektrikli Skuteri avtomobil, avtobus, trolleybus, elektrik qatarı, taksi və istənilən digər nəqliyyat vasitəsi ilə (istənilən digər üsulla) daşıması, onunla binaların, məhdud girişli ərazilərin və s. daxilinə girməsi və ya onu bu ərazilərə aparması/daşıması.
- 4.4.18.2. Elektrikli Skuter Səfər Zonasının hüdudlarından kənara çıxdıqda (istənilən başqa yolla daşındıqda) İstifadəçi dərhal Elektrikli Skuteri Səfər Zonasına qaytarmalıdır. Elektrikli Skuterin Səfər Zonasının hüdudlarından kənarda olduğu vaxt İcarə müddətinə daxil edilir və ödənişə tabedir.
- 4.4.19. Üçüncü şəxslərin, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatına, sağlamlığına və əmlakına ziyan vurulmasına yol verməmək. Elektrikli Skuterdən istifadə ilə ziyan vurulduğu təqdirdə İstifadəçi AR-in qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.
5. Ödəniş ölçüsü, qaydası və forması
- 5.1. Müqavilə üzrə ödənişlərin, o cümlədən lisenziya haqqının, icarə haqqının, cərimələrin ödənilməsi və Müqavilədə nəzərdə tutulmuş digər ödənişlər Tariflərə uyğun olaraq pul vəsaitinin İstifadəçinin bank kartından razılıq almadan silinməsi yolu ilə həyata keçirilir.
- 5.2. İstifadəçi bu Təklifi qəbul edərkən Hüquq Sahibinin İstifadəçinin bankına tapşırıq, sorğu, tələb göndərməsinə, həmçinin lisenziya haqqı, icarə haqqı, cərimə və Müqavilədə nəzərdə tutulan digər ödənişləri təşkil edən pul vəsaitinin razılıq alınmadan silinməsinə qeyd-şərtsiz razılığını bildirir.
- 5.3. Lisenziya haqqının və icarə haqqının ölçüsü, habelə onların ödənilməsi qaydaları Təklifin bu 5-ci bölməsi, habelə Tariflərlə və İstifadəçi Abunəliyi aktivləşdirdiyi halda Mobil Tətbiqdə mövcud olan Abunəliklərin Təsviri ilə tənzimlənir. Təklif müddəaları Tariflərin və Abunəliklərin Təsvirinin müddəaları ilə ziddiyyət təşkil etdiyi təqdirdə Tariflərin və Abunəliklərin Təsvirinin müddəaları üstün qüvvəyə malik olacaq. Tariflərin və Abunəliklərin Təsvirinin müddəaları arasında ziddiyyət olduğu təqdirdə Abunəliklərin Təsviri üstün qüvvəyə malik olacaq.
5.4. Lisenziya haqqı
- 5.4.1. Müqaviləyə uyğun olaraq verilən Lisenziya üçün İstifadəçi Hüquq Sahibinə Tariflərdə müəyyən edilmiş ölçüdə lisenziya haqqı ödəyir.
- 5.4.2. Lisenziya haqqına aşağıdakı komponentlər daxildir:
- (a) Elektrikli Skuterin hər bir yeni İcarəsinin başlaması üçün Mobil Tətbiqin funksiyalarından hər bir istifadə zamanı İstifadəçidən Tariflərdə müəyyən edilmiş ölçüdə alınan ödəniş (Elektrikli Skuterin açılması, səfərin başlaması);
- (b) Elektrikli Skuterin İcarəsi müddətində Tariflərdə göstərilmiş tarifə uyğun olaraq Mobil Tətbiqdən istifadənin hər 1 dəqiqəsi üçün hesablanan lisenziya haqqı (dəqiqəlik tarif).
5.5. İcarə haqqı
- 5.5.1. Elektrikli Skuterin İcarəsi üçün icarə haqqının ölçüsü İstifadəçinin Elektrikli Skuteri İcarəyə götürdüyü faktiki vaxtdan asılıdır və 1 dəqiqəlik İcarə üçün müəyyən edilmiş tarifə əsasən hesablanır. Müvafiq icarə haqqı tarifi dinamikdir və Elektrikli Skuterlərə olan tələbat səviyyəsi və səfər başladığı anda Elektrikli Skuterin batareyasındakı enerji səviyyəsi də daxil olmaqla, mütəlif amillərdən asılı ola bilər. Elektrikli Skuterin İcarəsinə tətbiq ediləcək konkret tarif İstifadəçi Elektrikli Skuteri seçərkən, lakin İcarə başlamazdan əvvəl KONTAKTPLUS Mobil Tətbiqində göstərilir.
5.6. Pul kisəsi
- 5.6.1 Siz KONTAKTPLUS Mobil Fərdilik Platformasından istifadə üçün Tətbiq daxilindəki pul kisəsinə Tətbiqdə göstərilən məbləğin yüklənməli olması ilə razılaşırsınız. KONTAKTPLUS icarə haqqını və tarif planlarını dəyişdirmək hüququnu özündə saxlayır.
5.6.2 Avtomatik yükləmə
Siz KONTAKTPLUS tətbiqində balansın avtomatik artırılması funksiyasını aktivləşdirmək imkanına maliksiniz. Bunun üçün “Pul kisəsi” bölməsində “Avtomatik yükləmə”ni işarələməlisiniz.
Bu funksiya hesabınızdakı pul qəfildən bitibsə, amma siz səfəri dayandırmaq istəmirsinizsə, sizin təqdim etdiyiniz bank kartından balansınızın avtomatik artırılması üçün nəzərdə tutulub. Balans avtomatik olaraq tətbiqdə müəyyən edilmiş minimum plana uyğun olaraq artırılacaq. Siz istənilən vaxt tətbiqdə bu işarəni qaldıraraq, “Avtomatik ödəniş”i ləğv edə bilərsiniz.
5.7. HESABLAŞMA QAYDASI
- 5.7.1 Qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş hallarda, o cümlədən bank kartının İnternet vasitəsilə ödəniş etmək imkanı olmadıqda; bank kartında kifayət qədər vəsait olmadıqda; bank kartının məlumatları yanlış daxil edildikdə, bank kartının etibarlılıq müddəti başa çatdıqda və s. ödəniş provayderi bank kartından istifadə ilə ödənişləri qəbul etməyə bilər.
- 5.7.2 İstifadəçinin bank kartından yanlış vəsait silindiyi təqdirdə İstifadəçi KONTAKTPLUS-a müraciət edərək, vəsaitin yalnış silindiyini təsdiq edən sənədləri təqdim etmək hüququna malikdir. Bankdaxili prosedurlarda daha uzun müddət müəyyən edilməyibsə, vəsait 30 (otuz) iş günü ərzində İstifadəçinin bank kartına qaytarılır. Vəsaitin qaytarılması qaydası beynəlxalq ödəniş sistemlərinin qaydaları ilə tənzimlənir. Vəsaitin nağd şəkildə qaytarılmasına icazə verilmir.
- 5.7.3 Yanlış silinən vəsait İstifadəçiyə qaytarılana qədər ticari borc hesab olunmur, bu vəsaitdən istifadə üçün faiz tutulmur.
5.8. Cərimələrin silinməsi qaydası
- 5.8.1. İstifadəçinin Müqavilənin Müqavilə şərtlərində cərimə nəzərdə tutulan pozuntusuna yol verdiyi aşkar edildiyi anda Hüquq Sahibi İstifadəçinin bank kartından müvafiq cərimə məbləğini silmək hüququna malikdir. İstifadəçinin bank kartında kifayət qədər pul vəsaiti olmadığı təqdirdə cərimənin ödənilməsi üçün vəsaitin silinməsi İstifadəçinin kartına pul vəsaiti daxil olduqca, hissə-hissə həyata keçirilir.
- 5.8.2. Bu Təklifin 5.8.1-ci bəndinə uyğun olaraq cərimə silindikdən sonra Hüquq Sahibi bu cərimənin silinməsinin əsassız olduğunu müəyyən edibsə (xüsusən, İstifadəçi tərəfindən Müqavilənin pozuntusuna yol verilmədiyi və ya müvafiq pozuntunun törədilməsində istifadəçinin təqsiri olmadığı halda), Hüquq Sahibi cərimənin ödənilməsi üçün silinmiş pul vəsaitini İstifadəçinin bank kartına qaytarır. Hüquq Sahibi vəsaiti İstifadəçi Mobil Tətbiqdən istifadə ilə Hüquq Sahibinə müvafiq iddianı göndərdiyi tarixdən etibarən 10 təqvim günündən gec olmayaraq qaytarmalıdır.
6. Elektrikli Skuterin İcarə (kirayə) müddəti.
- 6.1. Elektrikli Skuterin kirayə müddəti dəqiqə və saatla hesablanır.
- 6.2. Elektrikli Skuterin kirayə müddəti Mobil Tətbiqdə “Start” düyməsinə (və ya Mobil Tətbiqdə fərqli adlandırılıbsa, fərqli adda müvafiq funksiya düyməsinə) basıldığı andan etibarən İstifadəçi bu Təklifin 6.3-cü bəndi nəzərə alınmaqla Mobil Tətbiqdə “Yekunlaşdır” düyməsinə (və ya Mobil Tətbiqdə fərqli adlandırılıbsa, fərqli adda müvafiq funksiya düyməsinə) basmaqla və Mobil Tətbiqdə Hüquq Sahibinin sorğusu əsasında təsdiq üçün Mobil Tətbiq vasitəsilə park edilmiş Elektrikli Skuterin ümumi görünüşünün fotoşəklini göndərməklə Elektrikli Skuterin kirayəsini yekunlaşdırana qədər hesablanır.
- 6.3. Mobil Tətbiqdə Finiş düyməsinə (və ya Mobil Tətbiqdə fərqli adlandırılıbsa, fərqli adda müvafiq funksiya düyməsinə) basılması yalnız Elektrikli Skuterin Mobil Tətbiqdəki xəritədə göstərilmiş Dayanacaq zonasında yerləşməsi şərti ilə İcarənin başa çatmasına səbəb olur. Elektrikli Skuter belə zonanın hüdudlarından kənarda olduqda müvafiq düyməyə basılması İcarənin başa çatmasına səbəb olmur və İstifadəçi İcarəni lazımi qaydada yekunlaşdırana qədər İcarə müddəti davam edəcək.
- 6.4. İstifadəçi bu Təklifin 6.2-ci bəndinə uyğun olaraq müəyyən edilən İcarə müddəti çərçivəsindən kənarda Elektrikli Skuterdən istifadə etmək hüququna malik deyil.
7. Elektrikli Skuterin təhvil-təslim qaydası
7.1. Elektrikli Skuterin İcarə çərçivəsində Hüquq Sahibindən İstifadəçiyə təhvili-təslimi aşağıdakı şəkildə həyata keçirilir:
- 7.1.1 İstifadəçi Mobil Tətbiq vasitəsilə xəritədə konkret Elektrikli Skuteri seçir. İstifadəçi telefonun kamerası vasitəsilə Elektrikli Skuterin üzərindəki QR kodu skan edir. Bu zaman Mobil Tətbiqdə seçilmiş Elektrikli Skuter haqqında aşağıdakı məlumatlar əks olunur: yeri, tarifi, enerji səviyyəsi. İstifadəçi Elektrikli Skuteri seçərkən Mobil Tətbiqdəki hesabına bağlanmış bank kartında kifayət qədər vəsait olub-olmadığını yoxlamalıdır.
- 7.1.1.1 İstifadəçi Mobil Tətbiq vasitəsilə konkret Elektrikli Skuteri Mobil Tətbiqdə göstərilən tariflə və müddətə bronlaşdıra bilər. İstifadəçi bronlaşdırmanı Mobil Tətbiq vasitəsilə ləğv edə bilər. Bronlaşdırma ləğv edilməyibsə və İstifadəçi Bronlaşdırma müddəti başa çatana qədər skuteri İcarəyə götürməyibsə, Bronlaşdırma başa çatır.
İstifadəçi daha əvvəl bir və ya ardıcıl olaraq bir neçə Bronlaşdırmanı ləğv edibsə, Hüquq Sahibi İstifadəçinin Bronlaşdırmasını təsdiq etməmək hüququna malikdir.
Bir İstifadəçinin bir neçə Elektrikli Skuter Bronlaşdırmasına icazə verilir.
- 7.1.1.2 Bir İstifadəçinin eyni hesabdan bir neçə Elektrikli Skuter İcarəyə götürməsinə – Qrup şəklində səfərə icazə verilir. Bu halda İstifadəçi Elektrikli Skuterləri yalnız 18 yaşına çatmış üçüncü şəxslərin idarəçiliyinə verə bilər. Qrup şəklində səfər zamanı Hüquq Sahibinin İcarəyə götürülmüş bütün əmlakına və Müqavilə çərçivəsində Elektrikli Skuterdən istifadə şərtlərinə riayət olunmasına görə Elektrikli Skuterin verildiyi üçüncü şəxs deyil, İstifadəçi məsuliyyət daşıyır. Bir neçə Elektrikli Skuterdən istifadə ilə bağlı bütün pul öhdəlikləri (lisenziya haqqı, icarə haqları, habelə İstifadəçinin hesabından başlayan səfər zamanı Müqavilənin pozuntularına görə cərimə sanksiyalarının ödənişi daxil olmaqla) İstifadəçinin üzərinə qoyulur və İstifadəçi tərəfindən İstifadəçinin İcarə zamanı Elektrikli Skuteri faktiki olaraq idarəçiliyinə verdiyi üçüncü şəxsin üzərinə qoyula bilməz.
Qrup şəklində səfər başladığı təqdirdə İstifadəçi hər bir İcarəni ayrı-ayrılıqda başladır və yekunlaşdırır. Qrup şəklində səfər üçün bir hesabdan icarəyə götürülən Elektrikli Skuterlərin maksimum sayı 3-dür (üç).
- 7.1.1.1 İstifadəçi Mobil Tətbiq vasitəsilə konkret Elektrikli Skuteri Mobil Tətbiqdə göstərilən tariflə və müddətə bronlaşdıra bilər. İstifadəçi bronlaşdırmanı Mobil Tətbiq vasitəsilə ləğv edə bilər. Bronlaşdırma ləğv edilməyibsə və İstifadəçi Bronlaşdırma müddəti başa çatana qədər skuteri İcarəyə götürməyibsə, Bronlaşdırma başa çatır.
7.2. İcarə başa çatdıqda Elektrikli Skuterin İstifadəçidən Hüquq Sahibinə təhvil-təslimi aşağıdakı şəkildə həyata keçirilir:
- 7.2.1. İstifadəçi Elektrikli Skuteri Mobil Tətbiqdəki xəritədə göstərilən Dayanacaqda park edir, Mobil Tətbiqdə “Yekunlaşdır” düyməsinə (və ya Mobil Tətbiqdə fərqli adlandırılıbsa, fərqli adda müvafiq funksiya düyməsinə) basır və Hüquq Sahibinin sorğusu əsasında Mobil Tətbiq vasitəsilə park edilmiş Elektrikli Skuterin ümumi görünüşünün fotoşəklini göndərir, eyni zamanda kilid varsa və Dayanacaq Virtual deyilsə, Elektrikli Skuteri kilidlə park yerinə bağlayır (konstruksiyanın qapalı hissəsinə, trosun Elektrikli Skuterdən kilidi açmadan istifadə etməyin qeyri-mümkün olmasını təmin edəcəyi şəkildə).
- 7.2.2. İstifadəçinin Elektrikli Skuteri bu Təklifin 4.4.14-cü bəndinə uyğun olaraq (4.4.15.1-4.4.15.4-cü bəndlər nəzərə alınmaqla) düzgün park etməsi şərtilə, Hüquq Sahibi Elektrikli Skuterin düzgün park edildiyini təsdiq edən park edilmiş Elektrikli Skuterin ümumi görünüşünün fotoşəklini əldə etdikdən sonra (Hüquq Sahibi tələb edibsə) Elektrikli Skuter İstifadəçi tərəfindən lazımi qaydada Hüquq Sahibinə təhvil verilmiş hesab olunur.
- 7.2.3. İstifadəçi İcarəni yekunlaşdırdıqdan sonra Mobil Tətbiqdə Hüquq Sahibindən ona ödəniləcək məbləğin (o cümlədən lisenziya haqqı və icarə haqqı məbləği) qeyd edildiyi bildiriş gəlir. Bu zaman İstifadəçinin müvafiq məlumatı alması Hüquq Sahibinin İstifadəçinin Elektrikli Skuteri düzgün park etdiyini təsdiq etməsi demək deyil. Hüquq Sahibi tərəfindən Müqavilənin Elektrikli Skuterin park edilməsi ilə bağlı pozuntuları İcarənin yekunlaşmasından sonra aşkar edilə bilər.
8. Tərəflərin Müqavilə üzrə öhdəlikləri
- 8.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə bu Müqavilədə və AR qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
- 8.2. İstifadəçi Müqavilə üzrə lisenziya haqqının və icarə haqqının ödənişini 48 saatdan çox gecikdirdikdə Hüquq Sahibi İstifadəçiyə hər gecikmə günü üçün borc məbləğinin 2%-i ölçüsündə cərimə yazmaq hüququna malikdir.
- 8.3. İstifadəçi bu Təklifin 8.2-ci bəndində göstərilən ödənişlər istisna olmaqla, Müqavilədə nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini Hüquq Sahibi İstifadəçiyə müvafiq ödənişin həyata keçirilməsi haqqında tələb göndərdiyi tarixdən etibarən 14 (on dörd) təqvim günündən çox gecikdirdiyi təqdirdə Hüquq Sahibi hər gecikmə günü üçün İstifadəçiyə borc məbləğinin 2%-i ölçüsündə cərimə yazmaq hüququna malikdir. Cərimə İstifadəçinin yaranmış borcu tam ödəyəcəyi ana qədər yazılır.
- 8.4. İstifadəçi Müqavilənin müddəalarını pozduğu təqdirdə aşağıdakı pozuntular üçün 12 AZN ölçüsündə cərimə ödəyir (müvafiq pozuntu Elektrikli Skuterin zədələnməsinə və / və ya itirilməsinə gətirib çıxarmayıbsa):
- 8.4.1. Bir Elektrikli Skuterə bir neçə nəfərin minməsi (o cümlədən uşaqla birlikdə iki nəfər) (bu Təklifin 4.4.7.4-cü bəndi);
- 8.4.2. Səfərin Mobil Tətbiqdəki xəritədə Dayanacaq zonası kimi göstərilməmiş yerdə yekunlaşdırılması (bu Təklifin 7.2.1-ci bəndi);
- 8.4.3. İcarə başa çatdıqda trosun konstruksiyanın qapalı olmayan hissəsinə bərkidilməsi və / və ya kilidin bağlanmaması – Elektrikli Skuterdə kilid olduğu və Dayanacaq Virtual olmadığı təqdirdə (bu Təklifin 7.2.1-ci bəndi);
- 8.4.4. Elektrikli Skuterin 18 yaşına çatmamış şəxsə verilməsi (bu Təklifin 4.4.5.1-ci bəndi);
- 8.4.5. 30 dəqiqə ərzində İstifadəçinin özünün Elektrikli Skuteri Səfər Zonasına qaytarması şərtilə Elektrikli Skuterlə Səfər Zonasından kənara çıxmaq və ya Elektrikli Skuteri başqa şəkildə çıxarmaq (bu Təklifin 2.2.2-ci bəndi);
- 8.4.6. Elektrikli Skuterin yerüstü nəqliyyatla (avtomobil, avtobus, taksi və s.) daşınması (bu Təklifin 4.4.18.1-ci bəndi).
- 8.5. İstifadəçi Müqavilənin müddəalarını pozduğu təqdirdə aşağıdakı pozuntular üçün 24 AZN ölçüsündə cərimə ödəyir (müvafiq pozuntunun törədilməsi Elektrikli Skuterin zədələnməsinə və /və ya itirilməsinə gətirib çıxarmayıbsa):
- 8.5.1. Elektrikli Skuterlə Səfər Zonasından kənara çıxmaq və ya Elektrikli Skuteri başqa şəkildə çıxarmaq və İstifadəçinin 30 dəqiqədən uzun müddət ərzində Elektrikli Skuteri Səfər Zonasına qaytarmaması (bu Təklifin 2.2.2-ci bəndi);
- 8.5.2. Elektrikli Skuterin İcarə müddətində (yekunlaşmamış İcarə zamanı) Dayanacaqdan kənarda 30 dəqiqədən çox hərəkətsiz qoyması (bu Təklifin 4.4.7.11-ci bəndi);
- 8.5.3. Elektrikli Skuterin elektrik qatarında daşınması, eyni zamanda Elektrikli Skuterin binaların içinə və məhdud çıxışlı ərazilərə aparılması (bu Təklifin 4.4.18.1-ci bəndi);
- 8.5.4. Elektrikli Skuterin akkumulyatorunun enerjisinin tam boşalmasına yol verilməsi (bu Təklifin 4.4.7.8-ci bəndi);
- 8.5.5. İstifadəçinin Elektrikli Skuteri bu Təklifin 4.4.15.2-ci bəndində sadalanan pozuntulardan ikisinə və daha artığın yol verməklə yanlış park etməsi.
- 8.6. İstifadəçi Müqavilənin müddəalarını pozduğu təqdirdə aşağıdakı pozuntular üçün 117 AZN ölçüsündə cərimə ödəyir (müvafiq pozuntunun törədilməsi Elektrikli Skuterin zədələnməsinə və / və ya itirilməsinə gətirib çıxarmayıbsa):
- 8.6.1. Elektrikli Skuterdən və / və ya Mobil Tətbiqdən məqsədinə uyğun olmayan istifadə;
- 8.6.2. Elektrikli Skuterdən istifadə zamanı YNH pozulması, eyni zamanda Elektrikli Skuterin bu Təklifin 4.4.7, 4.4.17 və /və ya 4.4.18-ci bəndinin istənilən müddəasının pozulması ilə idarə edilməsi.
- 8.7. İstifadəçi bu Təklifin 8.4-8.5-ci bəndlərində göstərilmiş pozuntulardan istənilən birinə yol verdiyi təqdirdə, bu pozuntu Elektrikli Skuterin itirilmədən zədələnməsinə gətirib çıxarıbsa (yəni Elektrikli Skuterin bərpası mümkün olduqda və iqtisadi cəhətdən əsaslı olduqda) İstifadəçi 117 AZN ölçüsündə cərimə ödəyir.
- 8.8. İstifadəçi Müqavilənin bu Təklifin 8.6-cı bəndində göstərilən pozuntularından istənilən birinə yol verdiyi təqdirdə, bu pozuntu Elektrikli Skuterin itirilmədən zədələnməsinə gətirib çıxarıbsa (yəni Elektrikli Skuterin bərpası mümkün olduqda və iqtisadi cəhətdən əsaslı olduqda) İstifadəçi 234 AZN ölçüsündə cərimə ödəyir.
- 8.9. İstifadəçi bu Müqavilənin pozuntusuna yol verdiyi təqdirdə, bu pozuntu Elektrikli Skuterin itirilməsinə gətirib çıxarıbsa (Elektrikli Skuterin oğurlanması, suda batması və s. nəticəsində faktiki itirilməsi, həmçinin Elektrikli Skuterə bərpası mümkün olmayan və ya iqtisadi cəhətdən məqsədəuyğun olmayan zərər vurulması daxil olmaqla) İstifadəçi Elektrikli Skuterin dəyəri ölçüsündə cərimə ödəyir, bu məbləğ 1751 AZN təşkil edir.
- 8.10. Cərimələrin ödənilməsi İstifadəçini Hüquq Sahibinin əmlakına vurulmuş ziyanı qarşılamaqdan azad etmir.
- 8.11. İcarə müddətində Elektrikli Skuterin təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski İstifadəçiyə aiddir.
- 8.12. YNH-nin pozulmasına görə İstifadəçinin üzərinə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət qoyulur. İstifadəçinin YNH-i pozması ilə əlaqədar Hüquq Sahibi xərcə və / və ya ziyana, o cümlədən inzibati hüquqpozmaya görə cərimənin ödənilməsi ilə bağlı xərcə və / və ya ziyana düşərsə, İstifadəçi müvafiq xərcləri və / və ya ziyanları tam həcmdə Hüquq Sahibinə ödəmək öhdəliyi götürür.
- 8.13. İstifadəçi Elektrikli Skuterdən istifadə zamanı üçüncü şəxslərin, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurduğu təqdirdə İstifadəçi öz hərəkətlərinin həm üçüncü şəxslərə, həm də Hüquq Sahibinə vurduğu ziyanı tam həcmdə qarşılamaq öhdəliyi götürür.
9. Müqavilənin ləğvi üçün əsaslar və ləğv qaydası. Təklif və Müqavilə şərtlərinin dəyişdirilməsi
- 9.1. Müqavilə Tərəflərin razılığı ilə və ya Tərəflərdən birinin hər iki Tərəf üçün aydın şəkildə ifadə edilmiş təşəbbüsü ilə Müqavilədə nəzərdə tutulmuş müddət başa çatmazdan əvvəl ləğv edilə bilər.
- 9.2. Müqavilə aşağıdakı əsaslarla Hüquq Sahibinin təşəbbüsü ilə məhkəməsiz birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər:
- 9.2.1. İstifadəçi Elektrikli Skuterdən istifadə zamanı YNH-ni dəfələrlə (iki dəfədən çox) pozduğu halda;
- 9.2.2. İstifadəçi Elektrikli Skuterin park edilməsi qaydalarını dəfələrlə (iki dəfədən çox) pozduğu halda;
- 9.2.3. İstifadəçinin Mobil Tətbiqdən Müqavilə şərtlərini pozmaqla istifadə etməsi faktı müəyyən edildiyi halda;
- 9.2.4. İstifadəçinin Hüquq Sahibinin razılığı olmadan üçüncü şəxsə Mobil Tətbiqə çıxış verməsi faktı müəyyən edildiyi halda;
- 9.2.5. İstifadəçinin Elektrikli Skuterə zərər verməsi faktı müəyyən edildiyi halda;
- 9.2.6. İstifadəçinin GPS siqnalını bloklayan texniki vasitələrdən, həmçinin Elektrikli Skuterdə quraşdırılmış qoruyucu sistemlərin və ya nəzarət sistemlərinin söndürülməsinin digər yollarından istifadə etməsi faktı müəyyən edildiyi halda;
- 9.2.7. İstifadəçi Müqavilənin Hüquq Sahibinin Mobil Tətbiq üzərində müstəsna hüququnun və ya üçüncü şəxslərin müstəsna hüququnun pozulmasına gətirib çıxaran və ya pozulması təhlükəsi yaradan istənilən pozuntusuna yol verdiyi halda;
- 9.2.8. İstifadəçi Müqavilənin Hüquq Sahibinin (Elektrikli Skuter daxil olmaqla) və / və ya üçüncü şəxslərin əmlakının zədələnməsinə səbəb olan və ya zədələnməsi təhlükəsi yaradan istənilən pozuntusuna yol verdiyi halda;
- 9.2.9. İstifadəçi Müqavilənin üçüncü şəxslərin həyat və sağlamlığına zərər vurulmasına səbəb olan və ya belə bir zərərin vurulması təhlükəsi yaradan istənilən pozuntusuna yol verdiyi halda;
- 9.2.10. İstifadəçi Hüquq Sahibinin işgüzar nüfuzuna xələl gətirən hərəkətlər törətdiyi halda;
- 9.2.11. İstifadəçi üçüncü şəxslərin şərəfini, ləyaqətini və/ və ya işgüzar nüfuzunu bədnam edən hərəkətlər, habelə digər qanunsuz hərəkətlər törətdiyi halda, bu hərəkətlərin törədilməsi bu və ya digər şəkildə (birbaşa və ya dolayı olaraq) İstifadəçinin Mobil Tətbiqdən və / və ya Elektrikli Skuterdən istifadəsi ilə bağlıdırsa;
- 9.2.12. Hüquq Sahibinin Mobil Tətbiqin və / və ya Elektrikli Skuterin İstifadəçi tərəfindən Müqavilə şərtləri pozulmaqla istifadə olunduğunu düşünməsi üçün əsas verən hallar olduqda (o cümlədən təyinatı üzrə olmayan istifadə);
- 9.2.13. Müqavilədə və / və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
- 9.3. Hüquq Sahibinin təşəbbüsü ilə Müqavilə vaxtından əvvəl ləğv edildiyi təqdirdə Müqavilə İstifadəçiyə Mobil Tətbiq vasitəsilə məlumat verildiyi andan etibarən ləğv edilmiş hesab olunur.
- 9.4. İstifadəçi hesabının silinməsi barədə sorğu göndərdiyi təqdirdə, Müqavilə üzrə borc olmaması şərtilə (lisenziya haqqının, icarə haqqının, həmçinin cərimələrin ödənilməsi üzrə borc daxil olmaqla) bu Müqavilə İstifadəçinin təşəbbüsü ilə məhkəməsiz birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər.
- 9.5. İstifadəçi Hüquq Sahibinə Mobil Tətbiqdə və ya support@KONTAKTPLUS.info elektron poçt ünvanına hesabının silinməsi haqqında sorğu göndərmək hüququna malikdir.
- 9.6. Müqavilə İstifadəçinin təşəbbüsü ilə ləğv edildiyi halda İstifadəçinin Müqavilə üzrə borcu olmadığı təqdirdə Müqavilə İstifadəçi hesabının silinməsi haqqında sorğu göndərdiyi tarixdən etibarən 15 təqvim günü sonra ləğv edilmiş hesab olunur. İstifadəçinin borcu olduğu təqdirdə hesabın silinməsi barədə sorğu qəbul edilmir. İstifadəçi borcunu tam ödədikdən sonra təkrarən hesabının silinməsi barədə sorğu göndərmək hüququna malikdir, bu zaman Müqavilənin 15 günlük ləğv müddəti bu təkrar sorğunun göndərildiyi andan etibarən hesablanacaq. Müqavilənin ləğvi günündə Hüquq Sahibi İstifadəçinin hesabını silir.
- 9.7. Bu Təklifin 9.2 və 9.4-cü bəndlərində sadalanmayan və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayan bütün digər əsaslarla məhkəmə qaydasında Müqavilənin birtərəfli ləğvi mümkündür.
- 9.8. Müqavilənin etibarlılıq müddətinin başa çatması İstifadəçini Müqavilə üzrə maliyyə öhdəliyini yerinə yetirmək öhdəliyindən (lisenziya haqqının, icarə haqqının və cərimələrin ödənilməsi daxil olmaqla), həmçinin Müqavilə şərtlərinin pozulmasına görə məsuliyyətdən azad etmir.
- 9.9. Hüquq sahibi istənilən zaman Təklifin yeni redaksiyasını Mobil Tətbiqdə və ya Hüquq Sahibinin http://KONTAKTPLUS.info/app/terms-of-service.html ünvanında yerləşən Saytında yerləşdirməklə, Təklifə birtərəfli qaydada dəyişiklik etmək hüququna malikdir. Təklifin Müqavilənin məzmunu ilə bağlı şərtlərinin dəyişdirilməsi daha əvvəl Təklifin istənilən redaksiyada Qəbul edilməsi yolu ilə bağlanmış bütün Müqavilələrin şərtlərinin dəyişdirilməsinə gətirib çıxaracaq.
- 9.10. İstifadəçi Təklifə (Müqaviləyə dəyişikliklər edilməsini müntəzəm olaraq izləmək öhdəliyi götürür. Müqaviləyə edilmiş dəyişikliklərlə razı olmadığı təqdirdə İstifadəçi bu Təklifin 9.6-cı bəndində nəzərdə tutulmuş qaydada Hüquq Sahibini məlumatlandırmaqla, birtərəfli qaydada Müqavilənin icrasından imtina etmək hüququna malikdir.
10. İstifadəçinin şəxsi məlumatları
- 10.1. İstifadəçi Müqavilə çərçivəsində Hüquq Sahibinə öz şəxsi məlumatlarını təqdim edir. Hüquq Sahibi İstifadəçinin təqdim etdiyi məlumatları yoxlamaq hüququna malikdir. Hüquq Sahibinin şəxsi məlumatların emalı ilə bağlı siyasəti (Məxfilik Siyasəti) Mobil Tətbiqdə, həmçinin http://KONTAKTPLUS.info/app/privacy-policy.html ünvanında mövcuddur.
- 10.2. Bu Təklifi qəbul edərək İstifadəçi Hüquq Sahibinin İstifadəçinin şəxsi məlumatlarını Müqavilənin icrası üçün tələb olunan həcmdə emal etməsinə, habelə İstifadəçi İstifadəçilərə Dəstək Xidmətinə müraciət etdiyi zaman danışıqların qeydə alınmasına razılığını ifadə edir. Bu razılıq şəxsi məlumatlarla aşağıdakı hərəkətlərə şamil edilir: yığma; qeyd etmə; sistemləşdirmə; toplama; saxlama; dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə); istifadə; ötürmə; anonimləşdirmə; bloklama; silmə; məhv etmə; habelə Hüquq Sahibi tərəfindən ona verilmiş şəxsi məlumatların digər istifadəsi. Bu razılıq Müqavilənin icrası üçün tələb olunan müddət ərzində etibarlıdır.
- 10.3. İstifadəçi başqa şəxsin adından hüquq və öhdəlik əldə edilməsi qadağası ilə tanış olduğunu təsdiq edir, belə ki, mülki dövriyyədə başqasının adından hərəkət etmək başqa vətəndaşın (pozucunun adından çıxış etdiyi şəxsin) hüquqlarını pozur və Hüquq Sahibini İstifadəçinin şəxsi məlumatları ilə bağlı çaşdırır.
- 10.4. İstifadəçi verdiyi şəxsi məlumatların hamısının doğru olduğuna zəmanət verir.
- 10.5. İstifadəçi hesabının silinməsi yolu ilə şəxsi məlumatlarının silinməsi barədə sorğu göndərmək hüququna malikdir. Şəxsi məlumatlar İstifadəçidən hesabın silinməsi barədə sorğu daxil olduqdan sonra 15 təqvim günü ərzində silinir.
11. Müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunmağa əsas kimi fors-major
- 11.1. Tərəflər qarşısıalınmaz qüvvə halları (fors-major), yəni Tərəflərin Müqaviləni bağlayarkən təxmin edə bilməyəcəyi fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində Müqavilə üzrə öhdəliklərini qismən və ya tamamilə icra edə bilmədikdə buna görə məsuliyyətdən azad edilirlər.
- 11.2. İstənilən qarşısalınmaz qüvvə hadisəsi öhdəliklərin Müqavilədə müəyyən edilmiş müddətdə icrasına təsir edibsə, bu müddət qarşısıalınmaz qüvvə halının təsir müddətinə uyğun olaraq təxirə salınır. Bu müddət üç aydan çox olduğu təqdirdə hər bir Tərəf Mobil Tətbiqdən istifadə ilə və ya İstifadəçinin Mobil Tətbiqdə qeydiyyat zamanı göstərdiyi elektron ünvanı və Hüquq Sahibinin hello@KONTAKTPLUS.info elektron ünvanı vasitəsilə digər Müqavilə Tərəfini yazılı şəkildə məlumatlandıraraq, məhkəməsiz birtərəfli qaydada Müqavilənin icrasından imtina etmək hüququna malikdir.
- 11.3. Qarşısıalınmaz qüvvə halları baş verdiyi təqdirdə Müqavilə üzrə öhdəliklərinin icrası qeyri-mümkün olan Tərəf 3 (üç) gün ərzində bu halların baş verməsi haqqında digər Tərəfi məlumatlandırmalıdır.
- 11.4. Öhdəliklərini icra etməyən və 11.3-cü bənddə göstərilən müddətdə digər Tərəfə qarşısıalınmaz qüvvə hallarının baş verməsi haqqında məlumat verməyən və onların baş verməsini sənədlərlə təsdiq etməyən Tərəf Müqavilənin lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilməsinə əsas kimi bu hallara istinad etmək hüququnu itirir.
12. Müqavilənin etibarlılıq müddəti
- 12.1. Müqavilə İstifadəçi bu Təklifi bu Müqavilədə nəzərdə tutulmuş qaydada qəbul etdiyi andan etibarən qüvvəyə minir və qüvvədə olan qanunvericilikdə və ya Müqavilədə nəzərdə tutulmuş əsaslardan biri ilə ona xitam verilənə qədər etibarlıdır.
13. Müqavilənin digər şərtləri
- 13.1. Bu Müqavilə üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur.
- 13.2. Tərəflər razılaşıblar ki, mübahisə yarandıqda onlar məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməsiz (iddia) qaydada nizamlanmasına riayət etmək öhdəliyi daşıyırlar. Bu halda Müqavilənin bir Tərəfi mübahisəli vəziyyətin yarandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində digər Tərəfin Müqavilənin bağlanması zamanı göstərilən ünvanına (elektron poçt ünvanına) yazılı İddia göndərməlidir. Yazılı İddiaya Tərəfin tələblərini əsaslandıran sənədlər (skanları) və (və ya) fotoşəkillər qoşulmalıdır. İddianı alan Tərəf 15 (on beş) təqvim günü ərzində ona əsaslandırılmış yazılı cavab verməlidir. İddiaya yazılı cavab Müqavilənin bağlanması zamanı göstərilmiş elektron ünvana göndərilir. İddiaya cavaba verilən cavabı sənədli şəkildə əsaslandıran sənədlər (skanları) və (və ya) fotoşəkillər qoşulmalıdır.
- 13.3. Müqavilənin 13.2-ci bəndində müəyyən edilmiş müddətdə İddiaya cavab almadıqda və ya alınmış cavabla razı olmadıqda maraqlı Tərəf hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
- 13.4. Tərəflər razılaşıblar ki, bu Müqavilənin bağlanması, icrası, ləğvi zamanı yaranan mübahisələrə məhkəmədə, AR-in qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə baxılır.
- 13.5. Tərəflər razılaşıblar ki, bu Müqavilənin bağlanması, icrası, ləğvi zamanı yaranan mübahisələrə AR qanunvericiliyinin normalarına uyğun şəkildə baxılır.
- 13.6. Tariflərdə və ya Abunəlik Təsvirində müvafiq olaraq fərqli məna müəyyən edilməyibsə, Tariflərdə və Abunəlik Təsvirində bu Təklifin 1-ci bölməsində göstərilən terminlərdən müvafiq mənada istifadə olunur.
- 13.7. Təklifin bir və ya bir neçə müddəası hər hansı səbəbdən etibarsız olduqda, hüquqi qüvvəyə malik olmadıqda, bu etibarsızlıq Təklifin (Müqavilənin) istənilən digər müddəasının etibarlılığına təsir göstərmir, onlar qüvvədə qalır.
14. Hüquq sahibinin ünvanı və digər rekvizitləri:
“ABC-TELECOM” MMC
VÖEN: 1401005061
Təşkilatın hüquqi ünvanı: Şəfaət Mehdiyev küç. 138, Bakı ş., Azərbaycan
Elektron ünvan: hello@KONTAKTPLUS.info
İstifadəçilərə dəstək xidməti: support@KONTAKTPLUS.info